Bu il Azadlıq meydanında Yeni il yolkası quraşdırılmayacaq

Bu il Azadlıq meydanında Yeni il yolkası quraşdırılmayacaq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı əlaqədar olaraq hazırlıq tədbirləri davam etdirilir.
Sosial müdafiə
17 Dekabr , 2019 11:36
Bu il Azadlıq meydanında Yeni il yolkası quraşdırılmayacaq

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı əlaqədar olaraq hazırlıq tədbirləri davam etdirilir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq BŞİH-dən bildirilib.

Qeyd edilib ki, hazırlıq işləri çərçivəsində şəhərin müxtəlif yerlərində şam ağacları və dekorativ bəzək əşyaları qurulub və paytaxt ərazisində bayram əhval-ruhiyyəsi yaradılıb: “Əlavə olaraq rayon ərazilərində bayram əhval-ruhiyyəsinin ən yüksək səviyyədə təşkil edilməsi məqsədi ilə Bakı şəhərinin rayon icra hakimiyyətlərinə tərəfimizdən müvafiq tövsiyələr verilib. Bu il Azadlıq meydanında “Formula 1” yarışlarının konstruksiyalarının mövcudluğuna görə Şam ağacı qurulması mümkün olmadı. Amma Neftçilər prospekti boyunca və Azneft dairəsində dekorasiya işləri tamamlanmaq üzrədir. Yeniliklər barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Yeni il yolkaları paytaxtın mərkəzi yerləri ilə yanaşı, rayonların ərazisindəki park və bağlarda quraşdırılacaq.

Son xəbərlər

Orphus sistemi