Böyük Vətən müharibəsi iştirakçılarına verilən Prezident təqaüdü artırılıb

Böyük Vətən müharibəsi iştirakçılarına verilən Prezident təqaüdü artırılıb Prezident İlham Əliyev fevralın 20-də sərəncam imzalayıb
Sosial müdafiə
20 Fevral , 2018 18:21
Böyük Vətən müharibəsi iştirakçılarına verilən Prezident təqaüdü artırılıb

Bakı. 20 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev fevralın 20-də "1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında" sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncam 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi daşıyır. 

Sərəncama əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılır.

Son xəbərlər

Orphus sistemi