"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, deputatlar, dövlət rəsmiləri iştirak ediblər
Sosial müdafiə
16 Dekabr , 2016 11:26
Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib

Bakı. 16 dekabr. REPORT.AZ/ "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, deputatlar, 25-dən çox ölkədən gələn gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə təşkilatın fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

Milli Məclisin Gənclər və idman Komitəsinin sədri, "Böyük İpək yolu" Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov təşkilatın əsas məqsədinin "Böyük İpək Yolu" üzərində yerləşən ölkələr arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhfə vermək üçün gənclər arasında tolerantlığı, qarşılıqlı anlaşmanı inkişaf etdirmək olduğunu diqqətə çatdırıb.

O bildirib ki, hazırda ittifaqa 33 ölkəni təmsil edən təşkilatlar daxildir.

Gənclər və idman naziri Azad Rəhimov ölkədə mövcud olan gənclər siyasəti, gənclər sahəsində həyata keçirilən Dövlət Proqramı, 300-dən artıq gənclər təşkilatının fəaliyyəti, nazirliyin təşkilatlara göstərdiyi dəstək barədə məlumat verib.

İttifaqın gördüyü işlər haqqında danışan təşkilatın baş katibi Aytən Əliyeva bildirib ki, 2012-2016-ci illərdə ittifaqın 25-dən (Gənc şairələrin beynəlxalq forumu, "Bərabər iştirak üçün birgə qatıl" adlı beynəlxalq seminar, Gənc sahibkarlar forumu, "Böyük İpək Yolu" gənclər düşərgəsi və s.) artıq beynəlxalq və yerli səviyyəli tədbir keçirdiyini və bir sıra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri qurduqlarını diqqətə çatdırıblar.

Digər çıxışçılar isə Böyük İpək Yolunun xalqların iqtisadi, mədəni, siyasi inkişafında, diplomatik əlaqələrin qurulmasında əvəzedilməz rol oynadığını qeyd ediblər. 

Son xəbərlər

Orphus sistemi