Yuxarı
    Bağlamaq

    BMT-nin Əhali Fondunun müşaviri: "Azərbaycanda hamiləliklərin yarısı süni yolla dayandırılır"

    Beşinci və daha sonrakı hamiləliklərdə bu faiz 80.4 faizə qədər qalxır

    Bakı. 10 may. REPORT.AZ/ "Azərbaycanda hamiləliklərin təxminən yarısı süni yolla dayandırılır".

    "Report" xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin müşaviri Fərid Babayev deyib.

    O bildirib ki, süni abortla dayandırılan hamiləliyin sayı qadının yaşı və hamiləliyin sayı artdıqca daha da yüksəlir: "34-35 yaş arası qadınlarda hamiləliklərin dörddə üçü süni şəkildə dayandırılır".
    F.Babayev qeyd edib ki, Azərbaycanda süni abortlardan əsas etibarilə ailəli qadınlar ikinci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə istifadə edirlər: "İlk hamiləliklərin yalnız 2 faizi süni abortla nəticələnir, lakin beşinci və daha sonrakı hamiləliklərdə bu faiz 80.4 faizə qədər qalxır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi