Hadı Rəcəbli: "Bizim insanlar qənaətçiliyi ayıb sayırlar"

Hadı Rəcəbli: "Bizim insanlar qənaətçiliyi ayıb sayırlar" "Avropa ölkələrində işığı söndürmədən otaqdan çıxanı görməzsən"
Sosial müdafiə
114
6 İyun , 2017 12:31
Hadı Rəcəbli: Bizim insanlar qənaətçiliyi ayıb sayırlar
Report.az

Bakı. 6 iyun. REPORT.AZ/ "Azərbaycan əmək ehtiyatları çox olan ölkədir. Biz əmək tutumlu iş yerləri yaratmaq haqqında fikirləşirik".

"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli "Gənclər daha yaxşı gələcək uğrunda" kampaniyasının yekun konfransında deyib.

Deputat Azərbaycanda istehlak mədəniyyəti ilə bağlı problemə də toxunub: "Avropa ölkələrində işığı söndürmədən otaqdan çıxanı görməzsən. Bizdə isə bu məsələ hələ də sovet psixologiyası ilə idarə olunur. Bizim insanlar qənaət etmək istəmirlər, qənaətçiliyi ayıb sayırlar. Bütün bunlar bizi düşündürməlidir və gənclərimizə də bu keyfiyyətləri aşılamalıyıq".

Son xəbərlər

Orphus sistemi