Yuxarı

Birinci vitse-prezident: "Azərbaycanda qadınların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox böyük işlər görülür"

Birinci vitse-prezident: "Azərbaycanda qadınların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox böyük işlər görülür"
Mehriban Əliyeva Qadınların V Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda keçirilən Azərbaycan Qadınına Seçki Hüququnun verilməsinin 100 illiyinə həsr edilən Qadınların V Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, məktubu Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinn sədri Hicran Hüseynova oxuyub.

Mehriban Əliyevə təbrik məktubunda vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətində dövlətçiliyin bütün atributları təsis edildi: "Azərbaycan Xalq Cümhuriyyətində qadına hörmət, tolerantlıq və başqa bir çox dəyərlər öz əksini tapdı. O vaxt öz dövrünü qabaqlayan olduqca mütərəqqi qərarlar verildi. Qadınlar kişilərlə birgə seçmək və seçilmək hüququ əldə etdilər. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Buna baxmayaraq cümhuriyyətin süqutundan sonra da Azərbaycanda qadınların vəziyyətində mütərəqqi dəyişikliklər davam edirdi. Azərbaycan qadınları özləri üçün yeni peşələr və fəaliyyət sahələri öyrəndilər. Ölkədə ana və uşağın sosial müdafiəsi üzrə tədbirlər gücləndirildi. Sovet İttifaqının dağılmasından sonra isə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi. Müasir Azərbaycan özünü təsdiq edən və dinamik inkişaf edən ölkədir. Bu gün Azərbaycanda qadınların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox böyük işlər görülür".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi