Yuxarı

Nazirlik: Bayramadək daha 1200 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Bayramadək daha 1200 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək
© Report

Novruz bayramına qədər 1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmə veriləcək.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bununla da ödəmə almış vərəsələrin sayı 7894-ə çatacaq. 

Nazirlikdə fəaliyyət göstərən Komissiyanın növbəti iclasında həmin şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib. Onların siyahısı müvafiq ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib. Dövlət başçısının yanvarın 28-də imzaladığı fərmanla birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə vərəsələri 11 000 manatdan az sığorta ödənişi almış şəhid hərbi qulluqçuların və şəhid polislərin vərəsələri də daxil edilib. Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268-ə çatıb. İndiyədək 5491 şəhidin 7894 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi