Bakı. 11 dekabr. REPORT.AZ/ "Məcburi köçkünlərə verilən mənzillərlə bağlı edilən xəbərdarlıq müsbət nəticə verib. Onların bir qismi mənzilləri təhvil verib".
"Report" xəbər verir ki, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Onun sözlərinə görə, mənzil alıb yaşamayan və eyni zamanda onu təhvil verməyənlərlə bağlı müvafiq icra hakimiyyətlərinə müraciət edilib: "Onlar mənzilləri boşaldana və ya orada yaşayışı bərpa edənə qədər onların yemək xərcləri və kommunal xidmətləri dayandırılıb. Onların sayı 47 mənzildən 150-yə qədərdir. Düzdür, böyük rəqəm deyil. Amma niyə qalmalıdır ki?! Dövlət məcburi köçkünləri ağır vəziyyətdən çıxarmaq üçün belə addım atır. Bir mənzil də boş qala bilməz".