Bakıda xeyriyyə yarmarkasından əldə olunan vəsait Türkiyədə zəlzələdən zərərçəkənlərə göndəriləcək

Bakıda xeyriyyə yarmarkasından əldə olunan vəsait Türkiyədə zəlzələdən zərərçəkənlərə göndəriləcək Hindistanın Azərbaycandakı səfirliyi və Beynəlxalq Qadınlar Klubu (IWC) xeyriyyə yarmarkası keçirəcək və ondan əldə olunan bütün gəlirlər Türkiyədəki zəlzələdən zərərçəkənlərə göndəriləcək.
Sosial müdafiə
10 Mart , 2023 14:50
Bakıda xeyriyyə yarmarkasından əldə olunan vəsait Türkiyədə zəlzələdən zərərçəkənlərə göndəriləcək

Hindistanın Azərbaycandakı səfirliyi və Beynəlxalq Qadınlar Klubu (IWC) xeyriyyə yarmarkası keçirəcək və ondan əldə olunan bütün gəlirlər Türkiyədəki zəlzələdən zərərçəkənlərə göndəriləcək.

“Report” Hindistan səfirliyinə istinadən xəbər verir ki, yarmarka martın 11-də “Badamdar & Residences” hotelində (keçmiş “Pullman” hoteli) keçiriləcək.

Yarmarkada bu yardıma töhfə verməklə yanaşı, əl işləri, o cümlədən xalçalar, rəsmlər, gəlinciklər, şərflər, gümüş və təbii daşlardan hazırlanmış zərgərlik məmulatları və s. əldə etmək mümkündür.

Ziyarətçilər həmçinin müxtəlif ölkələrin mətbəxlərinə məxsus təamlardan dada, xına ilə naxışlar etdirə və digər əyləncələrdə iştirak edə biləcəklər. Təşkilatçılar həmçinin lotereya iştirakçıları üçün gözəl hədiyyələr hazırlayıblar.

Yarmarka saat 10:00-dan 19:00-a kimi davam edəcək.

Son xəbərlər

Orphus sistemi