Yuxarı
    Bağlamaq

    Bakıda “Karyerada ilk addım” devizi altında məşğulluq tədbiri keçirilib

    Tədbirdə 73-ü özəl, 4-ü dövlət sektoruna aid olan 77 müəssisə tərəfindən 237 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib© Report.az

    Bakı. 2 may. REPORT.AZ/ Bakıda tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında məşğulluq tədbiri keçirilib.

    “Report” xəbər verir ki, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində baş tutub. 

    Tədbirdə 73-ü özəl, 4-ü dövlət sektoruna aid olan 77 müəssisə tərəfindən 237 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Həmin vakant iş yerlərinin 6-sı dövlət, qalan 231-i isə özəl müəssisələrə aid olub. İştirakçılar seçdikləri boş (vakant) iş yerlərinə göndərişlə təmin olunublar. Həmçinin tələbə və məzunlar əmək bazarı barədə ətraflı məlumatlar öyrənib və işəgötürənlərin nümayəndələri ilə ilkin əlaqələr quraraq, şəxsi məlumatları əks olunan CV-lərini onlara təqdim ediblər. İşəgötürənlərin nümayəndələri isə ixtisaslı kadr seçimini aparmaq imkanı əldə ediblər. 

    Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ölkəmizin dayanıqlı iqtisadi inkişafına səbəb olmaqla, yeni iş yerlərinin açılmasına, əhalinin, o cümlədən gənclərin məşğulluq imkanlarının artırılmasına şərait yaratdığını vurğulayıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək resurslarının reallaşdırılmasına yönələn tədbirlərin bir istiqaməti də gənclərin əmək bazarında fəal iştirakının təmin olunmasına yönəlib. Dövlət başçısının müvafiq sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının iştirakçılarının da bir hissəsini gənclər təşkil edir. Bununla bərabər, əmək bazarına daxil olmağa hazırlaşan gənc işçi qüvvəsinin gələcək karyeralarını əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslara uyğun şəkildə, düzgün müəyyən etmələri üçün təkcə bu ilin birinci rübündə 32,1 min nəfər gəncə peşəyönümü məsləhətləri verilib".

    Gənclərin məşğulluğuna yönəlik işlərin tələbə və məzunları da əhatə etdiyini bildirən nazir qeyd edib ki, tələbə və məzunların əmək bazarına daha çevik şəkildə inteqrasiyası məqsədilə son illərdə iki ali təhsil ocağında virtual müəssisələr yaradılıb: "Ölkəmizdə interaktiv tədrisin əyani təcrübə əsasında təkmilləşməsinə xidmət edən belə müəssisələrin yaradılması Beynəlxalq Əmək Təşkilatı tərəfindən də yüksək dəyərləndirilib: “Digər bir istiqamət isə “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərinin təşkil olunmasıdır. Bu tədbir də gənclərin öz ixtisaslarına uyğun uğurlu karyeralarını qurmalarının, digər tərəfdən müvafiq sahə üzrə işəgötürənlərin ixtisaslı kadr seçiminin dəstəklənməsi məqsədini daşıyır”. 

    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hazırda respublikada daim inkişaf edən sahələrdən birinin də turizm sahəsi olduğunu, ölkəyə gələn turistlərin sayının ildən-ilə əhəmiyyətli şəkildə artdığını, Azərbaycanda turizm sənayesinin inkişafı yönündə hazırda da mühüm işlərin aparıldığını vurğulayıb: "Tturizm sahəsi üzrə potensialın daha da təkmilləşdirilməsi üçün bu sahənin ixtisaslı işçi qüvvəsi ilə təmin olunması da vacib məsələlərdəndir. Azərbaycan Turizm və Menecment Universitetinin tələbə və məzunları üçün “Karyerada ilk addım” devizi altında hər il keçirilən aktiv məşğulluq tədbirləri bu baxımdan mühüm dəstək rolunu oynayır. Eyni zamanda, belə tədbirlər turizm sahəsi üzrə ixtisaslara yiyələnmiş gənclərimizin öz ixtisaslarına uyğun karyera qurmaq imkanlarına malik olmalarına, turizm sektorunda fəaliyyət göstərən işəgötürənlərlə əlaqələrinin yaranmasına, bir sözlə, onların əmək bazarına fəal inteqrasiya edə bilmələrinə şərait yaradır". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi