Bakıda “Əlilliyi olan şəxslər iş dünyasında” adlı konfrans keçirilib

Bakıda “Əlilliyi olan şəxslər iş dünyasında” adlı konfrans keçirilib Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Bakıda British Council təşkilatı Bakcell MMC və B.Britaniyanın Azərbaycandakı səfirliyi ilə birgə “Əlilliyi olan şəxslər iş dünyasında” adlı konfrans keçirib.
Sosial müdafiə
19 Dekabr , 2017 12:13
Bakıda “Əlilliyi olan şəxslər iş dünyasında” adlı konfrans keçirilib
Report

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Bakıda "British Council" təşkilatı "Bakcell" MMC və B.Britaniyanın Azərbaycandakı səfirliyi ilə birgə “Əlilliyi olan şəxslər iş dünyasında” adlı konfrans keçirib.

"Report" xəbər verir ki, konfransın əsas məqsədi biznes müəsssisələrini və işəgötürənləri bir araya gətirərək iş dünyasında əlilliyi olan şəxslərin işə götürülməsi ilə bağlı yerli və beynəlxalq təcrübə barədə məlumatı bölüşməkdir.

Tədbirdə çıxış edən "British Council Azerbaijan"ın direktor müavini Nigar Baimova bildirib ki, "British Council" bütün dünyada bərabərliyi, müxtəlifliyi və inkluzivliyi təbliğ edən bir təşkilatdır.

"British Council" tərəfindən Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılmasına dair yeni Proqrama start verilib. Proqram "BP Azerbaijan" şirkəti tərəfindən dəstəklənir. Proqram çərçivəsində əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması məqsədilə müxtəlif yönümlü fəaliyyətlər həyata keçiriləcək. Ümumilikdə, proqramdan faydalanmaq üçün 100 nəfər əlilliyi olan gəncin işlənib hazırlanmış meyarlar əsasında seçilərək proqramda iştirakı nəzərdə tutulub. Proqram çərçivəsində gənclər ingilis dili, kompüter bacarıqları və sosial bacarıqlarla bağlı təşkil olunan təlim sessiyalarında iştirak edəcəklər.

Tədbirdə çıxış edən "Bakcell" şirkətinin ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəhbəri Süheylə Cəfərova bildirib ki, bu layihə ilə şirkət əlillərin əmək bazarına inteqrasiyasına kiçik də olsa töhfə verəcək: "Şirkətin korporativ sosial məsuliyyətinin əsas prioritetlərindən biri xüsusi qayğıya ehtiyacı olan uşaqların və gənclərin cəmiyyətə inteqrasiya olunması və onlar üçün bərabər imkanların təmin olunmasıdır. Bu hədəf auditoriyası arasında əlilliyi olan insanlar xüsusi paya malikdir.Biz 10 ilə yaxındır ki, bu istiqamətdə layihələr həyata keçiririk".

Onun sözlərinə görə, "Bakcell" dövlət tərəfindən əlilliyi olan şəxslərin işlə təminatı ilə bağlı təyin olunmuş kvotanı tamamilə yerinə yetirib və bu göstərici hətta daha artıq olub.

Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov bildirib ki, əlillərin məşğulluğu vacib komponentdir və Nazirlik də layihə çərçivəsində köməyini əsirgəməyəcək: "Bunun üçün sosial bazadan istifadə oluna bilər".

Son xəbərlər

Orphus sistemi