Yuxarı

Rəis: "​Bakı funikulyoru hələ ödənişsiz fəaliyyət göstərəcək"

Funikulyorun ödənişli xidmətə nə zaman keçəcəyi məlum deyil

Bakı. 13 aprel. REPORT.AZ/ Bakıda fəaliyyət göstərən funikulyor 4 ildir ödənişsiz fəaliyyət göstərir

Bunu "Report"a Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov bildirib.

Funikulyorun pullu xidmətə nə zaman keçəcəyi məlum deyil.

O xatırladıb ki, funikulyorda yeni sistem quraşdırıldıqdan sonra xidmətdən istifadə pulsuzdur: "Artıq yeni sistemin quraşdırılmasından 4 il ötür. Funiklyorun nə zaman ödənişli xidmətə keçəcəyini bilmirəm. Bu barədə məlumatım yoxdur".

Xatırladaq ki, yeni sistem quraşdırılmamışdan əvvəl xidmətin qiyməti 20 qəpik olub.

Qeyd edək ki, funikulyorun fəaliyyətə başlamasından 45 il ötür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi