Nazirlik: Aztəminatlı ailələrə ayrılan birdəfəlik yardımlar tam ödənib

Nazirlik: Aztəminatlı ailələrə ayrılan birdəfəlik yardımlar tam ödənib Bakı. 28 dekabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (yüz) manat məbləğində birdəfəlik yardımın ödənilməsini artıq təmin edib.
Sosial müdafiə
28 Dekabr , 2018 12:07
Nazirlik: Aztəminatlı ailələrə ayrılan birdəfəlik yardımlar tam ödənib

Bakı. 28 dekabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (yüz) manat məbləğində birdəfəlik yardımın ödənilməsini artıq təmin edib.

Bu barədə "Report"a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu proses Azərbaycan Prezidenti İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli sərəncamının icrası olaraq həyata keçirilib.  

Birdəfəlik yardım həmin ailələrin bank hesablarına köçürülüb. Bu da onların bayram ərəfəsi maddi təminatlarına bir dəstəkdir.

Qeyd olunub ki, sərəncam ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə birdəfəlik yardım ödənilməsini nəzərdə tutmaqla, dövlət başçısının həmin ailələrə növbəti qayğısıdır. Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsindən 5 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi