“Azərpoçt” Beynəlxalq Fotoqraflar Günü münasibətilə aksiya keçirib

“Azərpoçt” Beynəlxalq Fotoqraflar Günü münasibətilə aksiya keçirib Yerli fotoqraflara hədiyyələr verilib
Sosial müdafiə
19 Avqust , 2018 18:31
“Azərpoçt” Beynəlxalq Fotoqraflar Günü münasibətilə aksiya keçirib

Bakı. 19 avqust. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC növbəti dəfə maraqlı aksiya keçirib.

“Report” xəbər verir ki, “Azərpoçt” MMC-nin əməkdaşları 19 avqust Beynəlxalq Fotoqraflar Günü münasibətilə paytaxt Bakının müxtəlif yerlərində açıq havada və şəxsi foto studiyalarda çalışan fotoqrafları hədiyyələrlə təbrik edib.

Aksiya münasibətilə fotoqraflara təqdim edilən hədiyyələr içərisində müasir poçt rabitəsinin 200 illik tarixini özündə əks etdirən fotoalbom da yer alıb.

Öz fotoaparatları ilə tarixi yaddaşlara yazan fotoqrafları bu dəfə “Azərpoçt” MMC-nin obyektivi lentə alıb.

Aksiyanın yekunu olaraq çəkilən şəkillər bir fotoalbomda toplanaraq poçt vasitəsilə aksiyada iştirak edən fotoqrafların ünvanlarına göndəriləcək.

Qeyd edək ki, 19 Avqust - Beynəlxalq Fotoqraflar Günü avstraliyalı fotoqraf Korske Aranın təşəbbüsü ilə təsis edilib. Fotoqrafiyanın prototipi olan üsul geniş ictimaiyyətə 1839-cu il məhz avqust ayının 19-da təqdim olunduğu üçün bu gün əlamətdar tarix kimi qeyd edilir. 

Son xəbərlər

Orphus sistemi