Azərbaycandakı sahibkarlara şad xəbər

Azərbaycandakı sahibkarlara şad xəbər Qərarı baş naziri Artur Rasizadə imzalayıb
Sosial müdafiə
980
2 Yanvar , 2015 13:59
Azərbaycandakı sahibkarlara şad xəbər

Bakı. 2 yanvar. REPORT.AZ/ Azərbaycanın baş naziri Artur Rasizadə “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə qərar imzalayıb. “Report” xəbər verir ki, qərara əsasən, dövlət nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi, dövlət nəzarəti materiallarına baxılmasının nəticələri üzrə qərarın çıxarılması və aşkar olunmuş pozuntu faktları üzrə tədbirlərin görülməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanununa uyğun olaraq həyata keçiriləcək.

Həmçinin, qərarla “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”nın 3.5-ci bəndi ləğv edilib. Ləğv olunan bənddə deyilirdi ki, “Aşkar olunmuş pozuntunun aradan qaldırılması məqsədi ilə Şura subyektlərin rəhbərlərinə və digər vəzifəli şəxslərinə pozuntunu 3 gün müddətində aradan qaldırmaq barədə göstəriş verirlər. Müəyyən olunmuş müddətdə göstəriş yerinə yetirilmədikdə, dövlət nəzarətini həyata keçirən qurum subyektlərə xəbərdarlıq etməklə müvafiq sənədləri aidiyyəti üzrə təqdim edir”.

Son xəbərlər

Orphus sistemi