Azərbaycanda uşaqlar övladlığa verilən zaman valideyn seçə biləcəklər

Azərbaycanda uşaqlar övladlığa verilən zaman valideyn seçə biləcəklər Bakı. 25 yanvar. REPORT.AZ/ Övladlığagötürmə ilə bağlı qanunvericilikdə dəyişiklik ediləcək.
Sosial müdafiə
25 Yanvar , 2019 12:18
Azərbaycanda uşaqlar övladlığa verilən zaman valideyn seçə biləcəklər
0 : 00
0 : 00

Bakı. 25 yanvar. REPORT.AZ/ "Övladlığagötürmə ilə bağlı qanunvericilikdə dəyişiklik ediləcək".

"Report" xəbər verir ki, bunu “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi” mövzusunda keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib

O bildirib ki, hazırda övladlığagötürmə prosesinə 3 mərkəzi icra hakimiyyəti orqanı - Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir: "Prezident İlham Əliyev 2018-ci ilin dekabrın 10-da imzaladığı “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmana əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində alt sistem yaradılacaq. Çünki indiyə qədər hər üç qurumun özünün ayrıca qanunvericilik bazası var idi. Yeni alt sistem çərçivəsində bütün orqanlar üzrə vahid uçot aparılacaq. Həm övladlığa uşaq götürənlər, həm də uşaqların məlumatı kağız daşıyıcıda deyil, elektron bazada olacaq. Bu gün övladılığa uşaq götürmək üçün insanlar 10 addım atırdısa, yeni sistemlə bu say azalacaq".

O əlavə edib ki, iyunun 1-dən alt sistemin tətbiqi nəzərdə tutulur: "Eyni zamanda Ailə Məcəlləsinə təliflər hazırlanır, bu işlərin icrası üçün vahid qərar paketi Nazirlər Kabineti tərəfindən təsdiq edilməlidir”.

Şöbə müdiri qeyd edib ki, övladlığagötürmə ilə bağlı qərarı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verəcək və uşaq övladlığa veriləndən sonra nəzarəti də bu nazirlik həyata keçirəcək: “Övladlığa uşaq götürmək istəyən şəxslərin növbəsinin çatması əsas amil olmayacaq. Bu zaman valideyn olmağa uyğun olanlar seçiləcək. Eyni zamanda uşaqların da özünün seçim şansı olacaq. Uşaq üçün uyğun olan valideyndən bir neçəsi arasından ən uyğun olanı seçiləcək. Bir neçə aylıq sınaq müddətində uşaq ailədə yerləşdiriləcək. Nazirliyin əməkdaşları mütəmadi olaraq uşağa nəzarət edəcək. Uşaqlar 18 yaşına çatana qədər ailədə monitorinqlər aparılacaq”.

Son xəbərlər

Orphus sistemi