Azərbaycanda sosial xidmət sahəsini tənzimləyən normativ hüquqi baza təkmilləşdiriləcək.
"Report"un xəbərinə görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramı"nda əksini tapıb.
Sənddə bu istiqamət üzrə əsas icraçı qurum Nazirlər Kabinetidir.
Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Həmkarlar İttifaqları Konfederasiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, yerli icra hakimiyyəti orqanları 2023– 2025-ci illər ərzində müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması, müvafiq normativ hüquqi aktların layihələrinin müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırılması və müvafiq normativ hüquqi aktların təsdiq edilməsi üçün aidiyyəti üzrə təqdim olunmasını təmin etməlidir.