Azərbaycanda son gündə 1 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Azərbaycanda son gündə 1 nəfər koronavirusa yoluxub, ölən yoxdur Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Sosial müdafiə
2 İyul , 2023 17:02
Azərbaycanda son gündə 1 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, son sutkada infeksiyaya 1 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 3 nəfər sağalıb.

İndiyədək ölkədə ümumilikdə 831 948 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 655 nəfər müalicə olunaraq sağalıb, hazırda 10 aktiv xəstə var. Bu günə qədər 10 283 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 469, bu günə qədər isə ümumilikdə 7 644 484 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 159 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 967 228 olub.

Son xəbərlər

Orphus sistemi