Bakı. 21 iyul. REPORT.AZ/ Prezident
O qeyd edib ki, qanunun maraqlı müddəalarından biri 23.1-ci maddəsində təsbit edilib. Burada qeyd olunur ki, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər: “Bu o deməkdir ki, mobil telefonlarımıza bezdirici (bəzən isə həm mənəvi, həm də maddi cəhətdən zərərli) SMS-reklamlar daha gəlməyəcək. Ona görə ki, mobil operatorların müştəriləri ilə mövcud müqavilələrində qanunun tələb etdiyi razılıq haqda müddəa bir qayda olaraq yoxdur”.
Ə.Həsənov bununla belə, vətəndaşlara diqqətli olmağı məsləhət görür: “Əvvəla, bundan sonra vətəndaşlar mobil operatorlarla bağladığı müqaviləni diqqətli oxumalıdır. Çünki qarşı tərəf həmin “razılığ”ı daxil edə bilər. Digər tərəfdən, qanuna zidd olaraq vətəndaşın telefonuna SMS-reklam daxil olarsa, həmin istifadəçiyə müvafiq qurumlara şikayət etməyi məsləhət görərdim”.
Vətəndaşların hansı qurumlara şikayət etmələrinə gəlincə Ə.Həsənov deyib ki, mobil operator “Reklam haqqında” qanunu pozarsa, vətəndaş