Azərbaycanda əmək qabiliyyətli yaşda ölənlərin sayı açıqlanıb

Azərbaycanda əmək qabiliyyətli yaşda ölənlərin sayı açıqlanıb Ötən il 16506 insan əmək qabiliyyətli yaşda dünyasını dəyişib
Sosial müdafiə
25 Avqust , 2017 20:06
Azərbaycanda əmək qabiliyyətli yaşda ölənlərin sayı açıqlanıb
Report

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycanda ötən il əmək qabiliyyətli yaşda ölənlərin sayı açıqlanıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2016-cı ildə 16506 insan əmək qabiliyyətli yaşda dünyasını dəyişib.

Onlardan 11 629-u kişi, 4877-si qadınlardır.

Qeyd edək ki, Azərbaycanda 1998-ci ilədək kişilər 16-59, qadınlar 16-54 yaşlarında, 1998-ci ildə kişilər 16-60, qadınlar 16-55, 1999-cu ildə kişilər 15-60, qadınlar 15-55 yaşda əmək qabiliyyətli sayılıb.

Bu göstərici 2000-2009-cu illərdə kişilərdə 15-61, qadınlarda 15-56, 2010-cu ildə kişilərdə 15-61,5, qadınlarda 15-56,5, 2011-ci ildə kişilərdə 15-62, qadınlarda 15-57, 2012-ci ildə kişilərdə 15-62, qadınlarda 15-57,5, 2013-cü ildə kişilərdə 15-62, qadınlarda 15-58, 2014-cü ildə kişilərdə 15-62, qadınlarda 15-58,5, 2015-ci və 2016-cı illərdə isə kişilərdə 15-62, qadınlarda 15-59 yaş olub.

Son xəbərlər

Orphus sistemi