Yuxarı

Azərbaycanda əlilliyə görə əmək pensiyası alanların statistikası açıqlanıb

Vətəndaşların 3,5 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 1 faizi isə dövlət qulluqçularıdır

Bakı. 3 dekabr. REPORT.AZ/ "Azərbaycanda əmək pensiyası alan 1 288 680 nəfərin 28,2 faizi (363,6 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır". "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun yaydığı məlumatda bildirilir.

Cari ilin oktyabr ayının 1-nə olan statistikaya əsasən, onlardan 6,8 faizi (24,9 min nəfəri) I qrup, 85,7 faizi (311,4 min nəfəri) II qrup, 7,5 faizi (27,3 min nəfəri) III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı isə 7 880 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,5 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 1 faizi isə dövlət qulluqçularıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi