Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanda bu il qeydə alınan ölümlərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, bu ilin yanvar-iyul ayları ərzində ölkədə 34812 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,1 təşkil edib.
2018-ci ilin 7 ayında qeydiyyat şöbələri tərəfindən 33009 nikah və 8538 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8, boşanmaların sayı isə 1,5 olub.
Bu ilin yanvar-iyul aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2109 nəfər Azərbaycana gələn, 829 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq miqrasiyanın müsbət saldosu 1280 nəfər təşkil edib.