Azərbaycanda “Bir tır hədiyyə” xeyriyyə aksiyasının növbəti mərhələsi başlayıb

Azərbaycanda “Bir tır hədiyyə” xeyriyyə aksiyasının növbəti mərhələsi başlayıb Azərbaycanda “Bir tır hədiyyə” adlı (1tirhediyye) xeyriyyə aksiyasının növbəti mərhələsinə start verilib.
Sosial müdafiə
3 Oktyabr , 2019 11:35
Azərbaycanda “Bir tır hədiyyə” xeyriyyə aksiyasının növbəti mərhələsi başlayıb

Azərbaycanda “Bir tır hədiyyə” adlı (1tirhediyye) xeyriyyə aksiyasının növbəti mərhələsinə start verilib.

Aksiyanın təşkilatçısı Rəşad Camal "Report"a bildirib ki, xeyriyyə aksiyasının keçirilməsində əsas məqsəd imkansız ailələri sevindirməkdən ibarətdir.

"Kasıb ailələrin uşaqlarına hədiyyələr alırıq və ya toplayırıq. Aksiyamız əsasən bundan ibarətdir. Mən istəyirəm ki, biz vətəndaşlarla birlikdə bir tır hədiyyə toplayaq. Bu aksiyaya şirkətlər və cəmiyyətin hər bir üzvü qoşula bilər. Onlar hərəsi bir və ya bir neçə hədiyyə ilə bizim sıralarımıza daxil ola bilərlər. Onların təqdim etdiyi hədiyyələri tırın yük yerinə yığacağıq, ilk olaraq imkansız, kasıb və valideynlərini itirmiş ailələrə və uşaq evlərinə paylayacağıq. Əsasən, şəhərdən kənarda olan uşaq evlərini nəzərdə tuturam”.

R.Camal hər kəsi aksiyaya qoşulmağa çağırıb: “Eyni zamanda media vasitəsilə dostlarımıza səslənirik. Kim hədiyyə alıb kasıb ailələrə vermək istəyirsə, bizimlə əlaqə saxlaya bilər. Qoşulmaq istəyənlər iki həftə ərzində hədiyyələrini Gənclikdəki "Özsüt" restoranına gətirə bilərlər. Aksiyada qoşulan şirkətlərin loqoları da nümayiş olunacaq. Həmin loqolar hədiyyələrin yerləşdiyi tırların üzərində təqdim olunacaq. Biz, sadəcə olaraq, hədiyyə vermək istəyən insanlar arasında vasitəçi rolunu oynayırıq. Buna görə də hər kəsi aksiyaya qoşulmağa dəvət edirəm".

Onun sözlərinə görə, bu, artıq üçüncü belə aksiya olacaq: "Birinci aksiyamızdan 200-ə, ikincidən isə 250-ə yaxın uşaq yararlanıb".

Son xəbərlər

Orphus sistemi