Azərbaycanda bəzi körpələrə şəhər adları verilib - SİYAHI

Azərbaycanda bəzi körpələrə şəhər adları verilib - SİYAHI Siyahıda Quba, Şuşa, Şamaxı, Salyan və İsmayıllının da adı var
Sosial müdafiə
27 İyun , 2016 15:21
Azərbaycanda bəzi körpələrə şəhər adları verilib - SİYAHI

Siyahıda Quba, Şuşa, Şamaxı və İsmayıllının da adı var

Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycanda öz övladlarına müxtəlif şəhər və rayonların adlarını verənlərin sayı çoxdur.

Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, son beş ildə 146 körpəyə Təbriz, 2 körpəyə Təbrizə adı verilib.

3 uşağa Bakıxan, 293-nə Xəzər, 1-nə Xəzər Dağxan adı verilib.

Son beş ildə 10 uşağa Quba, 6-na Qubaxanım, 1-nə Şuşa, 1-nə Lənkəran, 1-nə Samuxan, 93-nə Laçın, 2-nə Şamaxı, 1-nə Salyan, 1-nə İsmayıllı, 3-nə Gəncəli, 3-nə isə Gəncəvi adı verilib.

Son beş ildə 5419 körpəyə Mədinə, 340-na Sofiya, 16-na Məkkə, 3-nə Məşədi, 12-nə Afina, 4-nə İzmir adı verilib.

Övladlarına İstanbul (1), Qahirə (7), Samara (6), Qüdsi (7), Marsel (7) kimi adlar verənlər də var.

Bundan başqa, uşaqlara Mədinəxanım (14), Mədinənur (1), Mədinə Nouvella (1), Sofiyabanu (1), Sofiya Apreliya (1), İzmirə (1) kimi adlar da verilib.

Son xəbərlər

Orphus sistemi