Azərbaycanda ailə məsələləri ilə bağlı ixtisaslaşmış məhkəmələrin yaradılması təklif edilir

Azərbaycanda ailə məsələləri ilə bağlı ixtisaslaşmış məhkəmələrin yaradılması təklif edilir Bakı. 26 noyabr. REPORT.AZ/ Məişət zorakılığına məruz qalan qadınlar üçün Qaynar xəttin yaradılmasına ehtiyac var.
Sosial müdafiə
26 Noyabr , 2018 11:07
Azərbaycanda ailə məsələləri ilə bağlı ixtisaslaşmış məhkəmələrin yaradılması təklif edilir
Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı / Report

Bakı. 26 noyabr. REPORT.AZ/ "Məişət zorakılığına məruz qalan qadınlar üçün "Qaynar xətt"in yaradılmasına ehtiyac var".

"Report" xəbər verir ki, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı "Qadınlara və Qızlara qarşı zorakılığa son" adlı 16 günlük Fəallıq Kampaniyasına həsr olunmuş konfransda deyib.

O bildirib ki, qadın zorakılığına qarşı mübarizə bütün sferalarda aparılmalıdır: "Televiziyalarda maarifləndirici verilişlərin sayı artırılmalıdır".

A.Naxçıvanlı qeyd edib ki, Azərbaycanda ailə məsələləri ilə bağlı ixtisaslaşmış məhkəmə strukturları yaradılmalıdır.

Son xəbərlər

Orphus sistemi