Hicran Hüseynova: "Azərbaycanda hələ də qadınlara qarşı zorakılıq tam aradan qaldırılmayıb"

Hicran Hüseynova: "Azərbaycanda hələ də qadınlara qarşı zorakılıq tam aradan qaldırılmayıb" Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycanda hələ də bütövlükdə qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmayıb.
Sosial müdafiə
26 Noyabr , 2018 10:16
Hicran Hüseynova: Azərbaycanda hələ də qadınlara qarşı zorakılıq tam aradan qaldırılmayıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova / Report
0 : 00
0 : 00

Bakı. 26 noyabr. REPORT.AZ/ "Azərbaycanda hələ də bütövlükdə qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmayıb". 

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadınlara və Qızlara qarşı zorakılığa son" adlı 16 günlük Fəallıq Kampaniyasına həsr olunmuş konfransda deyib.

O bildirib ki, qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılması sahəsində qanunvericilik bazası mövcuddur və daim təkmilləşir, qadınların hüquqların müdafiəsi üçün sosial proqramlar həyata keçirilir, davamlı olaraq maarifləndirmə kampaniyaları aparılır: "Lakin bütün bunlara baxmayaraq, hələ də bütövlükdə qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmayıb. Bəzən nikaha məcburetmə, qızqaçırma, hansısa milli adət-ənənəni, qıcqanclıq zəminində baş verən qətlləri zorakılıq kimi qəbul etmirlər. Ümumiyyətlə, biz mübarizə aparmalıyıq ki, insanların bu anlayışa münasibəti dəyişsin".

H.Hüseynovanın sözlərinə görə, artıq hamı tərəfindən qəbul edilib ki, qadın və qızlara qarşı zorakılıq qlobal sülh və təhlükəsizliyə zərbə vurur: "Zorakılıq ailələri və cəmiyyətləri bir araya gətirən ictimai əlaqələri zəiflədir. Bütövlükdə ölkələrin sosial sabitliyə və iqtisadi inkişafa nail olmasına mane olur. Hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusudur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Buna görə də məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir".

Son xəbərlər

Orphus sistemi