Azərbaycanda 24 nəfər qanunsuz miqrant saxlanılıb

Azərbaycanda 24 nəfər qanunsuz miqrant saxlanılıb Bakı. 27 fevral. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətinin (DMX) qanunsuz miqrasiyaya qarşı keçirdiyi təd­bir­lər za­ma­nı 16 nə­fər Hindistan, 5 nəfər Pakistan, 2 nəfər Nepal və 1 nəfər Türkiyə və­­tən­da­şı olmaqla, ümumilikdə, 24 nəfər əcnəbi sax­­­la­nıl­ıb.
Sosial müdafiə
27 Fevral , 2018 17:30
Azərbaycanda 24 nəfər qanunsuz miqrant saxlanılıb

Bakı. 27 fevral. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətinin (DMX) qanunsuz miqrasiyaya qarşı keçirdiyi təd­bir­lər za­ma­nı 16 nə­fər Hindistan, 5 nəfər Pakistan, 2 nəfər Nepal və 1 nəfər Türkiyə və­­tən­da­şı olmaqla, ümumilikdə, 24 nəfər əcnəbi sax­­­la­nıl­ıb.

Bu barədə "Report"a DMX-nin Mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı saxlanılan əcnəbilərdən 3 nəfər Pakistan, 1 nəfər Hindistan və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycan Respublikasına guya biznes fəaliyyəti ilə məşğul olacaqları adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.

Saxlanılan digər əcnəbilərin Azərbaycan Respublikasının ərazisində qanunsuz yaşadıqları və ölkəyə gəlişinin bəyan edilmiş məqsədini pozduqları məlum olub.

Saxlanılan əcnəbilərlə bağlı aparılan araşdırma işləri başa çatdırılıb və onların barəsində müvafiq inzibati tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi