Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə səfiri Cahit Bağcı və səfirliyin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Fatih Bilal Alodalı ilə görüşdə Azərbaycan və Türkiyə arasında əməkdaşlığa dair pensiya təminatı sahəsində yeni sənəd layihəsi hazırlanır.
Bu barədə "Report"a Nazirlikdən bildirilib.
Məlumatda qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair səkkiz sənəd imzalanıb.
Görüş zamanı S.Babayev əvvəllər Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin rəhbəri vəzifəsində çalışmış F.B.Alodalını Türkiyənin ölkəmizdəki səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri təyin edilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
C.Bağcı iki ölkənin yüksək səviyyədə olan münasibətlərinin sosial sahəni də əhatə etməsinin məmnunluq doğurduğunu qeyd edib. Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin daha da genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb