Azərbaycan ÜDM-ində kreativ sənayenin xüsusi çəkisi inkişaf etmiş ölkələrin orta səviyyəsinə çatıb

Azərbaycan ÜDM-ində kreativ sənayenin xüsusi çəkisi inkişaf etmiş ölkələrin orta səviyyəsinə çatıb Ölkədə piratçılığın səviyyəsi aşağı düşüb
Sosial müdafiə
30 Noyabr , 2015 12:01
Azərbaycan ÜDM-ində kreativ sənayenin xüsusi çəkisi inkişaf etmiş ölkələrin orta səviyyəsinə çatıb

Bakı. 30 noyabr. REPORT.AZ/ "Azərbaycan piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir". "Report" xəbər verir ki, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Bakıda keçirilən "Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər" mövzusunda beynəlxalq seminarda deyib. O bildirib ki, aidiyyəti dövlət qurumları ilə birlikdə keçirilən müvafiq tədbirlər nəticəsində 2014-cü ildə ölkədə piratçılığın səviyyəsi kitab nəşri sahəsində 2005-ci illə müqayisədə 31%, audio-video məhsulları bazarında 24%, proqram təminatında 11% aşağı düşüb.

Onun sözlərinə görə, ölkənin ümumi daxili məhsulunda (ÜDM) müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan sənayenin (kreativ sənayenin) xüsusi çəkisi 2003-cü ildə olan 2,1%-dən 2014-cü ilin sonuna 4,8% çatıb. Bu isə inkişaf etmiş ölkələrin orta səviyyəsi deməkdir: "Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üçün hesabatına əsasən, bilavasitə əqli mülkiyyət institutlarının səviyyəsinə görə Azərbaycan dünya ölkələri arasında 69-cu yeri tutaraq MDB məkanında şəksiz liderdir: ölkəmiz Qazaxıstanı 4 pillə, Rusiyanı 44 pillə və Ukraynanı 64 pillə üstələyib".

Digər komponentlərlə yanaşı, əqli mülkiyyətin qorunmasını dolayı yolla əks etdirən innovasiyalar göstəricisinə görə də Azərbaycan 51-ci yeri tutub. MDB dövlətləri arasında isə Azərbaycan birinci yerdədir.

Son xəbərlər

Orphus sistemi