​Azərbaycan sağlamlıq reytinqində 145 ölkə arasında 87-ci olub

​Azərbaycan sağlamlıq reytinqində 145 ölkə arasında 87-ci olub Bu barədə "Bloomberg"in apardığı tədqiqatın nəticələrində bildirilir
Sosial müdafiə
9 Noyabr , 2015 09:23
​Azərbaycan sağlamlıq reytinqində 145 ölkə arasında 87-ci olub

Bakı. 9 noyabr. REPORT.AZ/ Azərbaycan dünyanın ən sağlam ölkələri siyahısında 145 dövlət arasında 87-ci olub.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg"in BMT-nin məlumatları əsasında apardığı tədqiqatının nəticələrində bildirilir.

Siyahıda MDB ölkələrindən Gürcüstan 71, Tacikistan 84, Özbəkistan 85, Belarus 91, Rusiya 97, Ukrayna 99, Qırğızıstan 101 və Türkmənistan 104-cü yerdə qərarlaşıb.

Tədqiqat zamanı son beş il ərzində səhiyyə məlumatları təhlil edilib. Araşdırma zamanı əsas gözlənilən uzunömürlülük, körpə ölümü, ölüm səbəbləri, üç yaş qrupu üzrə ölüm faizi (ən azı 14 yaş, 15-dən 64-ə, 65-dən yuxarı) və başqa amillər nəzərə alınıb.

Risk faktorları növbəti göstəricilər üzrə qiymətləndirilib: 15 yaşdan yuxarı siqaret çəkənlərin faizi, adambaşı spitrli içki qəbulu litri, fiziki qeyri-fəal vətəndaşların sayı, xolestrinin səviyyəsi, arterial təzyiq, HİV-ə yoluxma sayı və s.

Reytinqdə ən yüksək pilləni sinqapurlular tutublar. Burada sağlamlıq səviyyəsi 89,45% qiymətləndirilib.

İlk onluğa İtaliya, Avstriya, İsveçrə, Yaponiya, İsrail, İspaniya, Hollandiya, İsveç və Almaniya daxil olub.

Reytinqin son yerlərində Afrika ölkələri qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi