Yuxarı

Azərbaycan İnsan Kapitalı İndeksi reytinqində 63-cü yeri tutub

Dünya İqtisadi Forumu İnsan Kapitalı İndeksi reytinqini açıqlayıb

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycan İnsan Kapitalı İndeksi reytinqində 63-cü yeri tutub. "Report" xəbər verir ki, bu barədə Beynəlxalq İqtisadi Forumun ekspertləri tərəfindən 2015-ci il üçün hazırlanan  müvafiq məruzədə deyilir. 

İnsan Kapitalı İndeksi konsepsiyasında təhsil, səhiyyə,əhalinin  işlə təmin olunması və məşğulluğu  (ixtisas artırma və insan istedadının inkişafını nəzərdə tutur), ətraf mühit (hüquqi cəhətdən müdafiə səviyyəsi, eləcə də dövlətdə infrastrukturun inkişafı) kimi göstəricilər qiymətləndirilir. 

İnsan kapitalının inkişaf indeksi maksimal uzun müddətli perspektivdə ən uğurlu dünya ölkələrini müəyyən edir. 

Dünyanın 124 ölkəsinin yer aldığı reytinqin ilk üçlüyünə Finlandiya, Norveç və İsveçrə daxil olub. Siyahıda son yerlərdə Mavritaniya, Çad və Yəmən qərarlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi