Azərbaycanda gənclər sahəsi üzrə yeni Dövlət Proqramı hazırlanacaq

Azərbaycanda gənclər sahəsi üzrə yeni Dövlət Proqramı hazırlanacaq Bununla əlaqədar Gənclər və İdman Nazirliyində müzakirələr aparılacaq
Sosial müdafiə
13 May , 2015 11:48
Azərbaycanda gənclər sahəsi üzrə yeni Dövlət Proqramı hazırlanacaq

Bakı. 13 mart. REPORT.AZ/ 2016 - 2020-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramı hazırlanacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, proqram Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında ərsəyə gələcək.

Bununla əlaqədar nazirlik gənclər və gənclərin qeyri-hökumət təşkilatları tərəfindən Dövlət Proqramı ilə bağlı təklliflərini qəbul etmək məqsədi ilə [email protected] elektron ünvanını yaradıb. Artıq bir müddətdir ki, müxtəlif gənclər təşkilatlarında (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında, Gənclər Təşkilatlarının Milli Şurasında) Dövlət Proqramının hazırlanması ilə bağlı təkliflər qəbul olunur, debatlar aparılır. Nazirlik bütün gəncləri bu debatlara qoşulmağa və 2016-2020-ci illəri əhatə edəcək “Azərbaycan gəncliyi” Dövlət Proqramının hazırlanmasında yaxından iştirak etməyə dəvət edir.

Qeyd edək ki, növbəti müzakirələr mayın 13-də Gənclər və İdman Nazirliyində aparılacaq. 

Son xəbərlər

Orphus sistemi