Yuxarı

​Azərbaycan əhalisi yaxın 5 ilə 4% artacaq

Nazir müavini İdris İsayev: Əhalinin 68%-i əmək qabiliyyətli yaşdadır

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan əhalisinin sayı 2020-ci ildə 10 mln. nəfərə çatacaq. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən "İnsan resursları Forumu - Bakı 2015"də (HR Forum Baku 2015) çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib.

İ.İsayev qeyd edib ki, bu da Azərbaycanın iqtisadi inkişafı ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycan əhalisi cavan əhalidir, əhalinin 68,3%-i əmək qabiliyyətli yaşda olanlardır.

"Dünyada 4,8 mlrd. nəfər əmək ehtiyatları mövcuddur. Eyni zamanda, hazırda dünyada 205 mln. nəfər işsiz var. Bu göstəricinin artacağı proqnozlaşdırılır. Artıq 2019-cu ildə işsiz insanların sayı 220 mln.-a yaxın olacaq", - deyə nazir müavini qeyd edib.

Qeyd edək ki, hazırda Azərbaycan əhalisinin sayı 9,6 mln. nəfərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi