Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək

Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək Qəbul saat 11:00-da Sumqayıt Tarix Muzeyində başlayacaq
Sosial müdafiə
21 İyun , 2016 14:06
Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək

Bakı. 21 iyun. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov iyunun 24-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat katibliyindən “Report”a verilən xəbərə görə, qəbulda Abşeron, Qobustan, Sumqayıt, Şamaxı, Xızı rayon və şəhər sakinləri iştirak edə bilərlər. 

Qəbul saat 11:00-da Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 4-cü mikraroyon ərazisində yerləşən Sumqayıt Tarix Muzeyində başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar adları çəkilən rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Son xəbərlər

Orphus sistemi