Autizmli uşaqlar üçün yeni mobil tətbiqin və saytın təqdimatı olub

Autizmli uşaqlar üçün yeni mobil tətbiqin və saytın təqdimatı olub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihə çərçivəsində autizmli uşaqlar üçün “AutizmDERS” mobil tətbiqi və www.autizmders.az saytının təqdimatı olub.
Sosial müdafiə
1 İyun , 2022 15:13
Autizmli uşaqlar üçün yeni mobil tətbiqin və saytın təqdimatı olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihə çərçivəsində autizmli uşaqlar üçün “AutizmDERS” mobil tətbiqi və www.autizmders.az saytının təqdimatı olub.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən Agentliyin sədri Vüqar Behbudov yeni layihənin həm sağlamlıq imkanları məhdud uşaqlar, həm də onların valideynləri üçün önəmli olduğunu bildirib.

O qeyd edib ki, layihənin məqsədi sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası ilə bağlı valideynlərinin bacarıqlarının artırılması, bu sahədə innovativ həllərin tətbiqinin genişləndirilməsidir: “AutizmDERS” vasitəsilə valideynlər uşaq psixoloqu, loqoped, özəl pedaqoq və müalicəvi idman müəllimlərinin iştirakı ilə hazırlanmış video materiallardan istifadə edə biləcək. Bununla övladlarının ev şəraitində də bir sıra reabilitasiya tədbirləri ilə əhatə olunmalarına dəstək verə biləcəklər. Tətbiqdən istifadə edən şəxslər müəyyən qrafik üzrə video dərslərə xatırlatma qoya və fərdi planlaşdırmanı asanlıqla apara biləcəklər. Tətbiq valideynlərə uşaq inkişafı ilə bağlı resurs mərkəzi funksiyasını da yerinə yetirəcək".

İştirakçıların diqqətinə çatdırılıb ki, ilkin mərhələdə 7 istiqamət üzrə 200 video dərs tərtib olunub və həm veb səhifəyə, həm mobil tətbiqə yerləşdirilib. Video materialların məzmunu hazırlanan zaman bir sıra ölkələrin mütəxəssislərinin tədris proqramı və vəsaitlərindən istifadə olunub.

Evdə fərdi məşğələlər keçirməyi öyrədən videodərslərdən sağlamlıq imkanları məhdud, xüsusilə də autizm sindromundan əziyyət çəkən uşağı olan hər bir valideyn yararlana bilər.

“AutizmDERS” mobil tətbiqini həm iOS (Apple Store), həm də Android (Google Play) əməliyyat sistemli smartfonlarda istifadə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi