“ASAN xidmət” mərkəzlərinə 19 milyonuncu müraciət qeydə alınıb

“ASAN xidmət” mərkəzlərinə 19 milyonuncu müraciət qeydə alınıb Bakı. 8 yanvar. REPORT.AZ/ ASAN xidmət mərkəzlərinə 19 milyonuncu müraciət qeydə alınıb.
Sosial müdafiə
8 Yanvar , 2018 10:35

Bakı. 8 yanvar. REPORT.AZ/ "ASAN xidmət" mərkəzlərinə 19 milyonuncu müraciət qeydə alınıb.

Bu barədə "Report"a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Rzayevlər ailəsinin 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciəti “ASAN xidmət” mərkəzlərinə olan 19 milyonuncu müraciət kimi qeydə alınıb. Ailə 2 yaşlı övladı Amir Rza üçün Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.

Balaca Amirə ümumvətəndaş pasportu təqdim olunub və “ASAN xidmət” tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb. 

Son xəbərlər

Orphus sistemi