Bakıda yeni “ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayıb - FOTO

Bakıda yeni “ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayıb - FOTO Hazırda respublikada 9 “ASAN Xidmət” mərkəzi fəaliyyət göstərir
Sosial müdafiə
30 İyul , 2015 12:00
Bakıda yeni “ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayıb - FOTO

Bakı. 30 iyul. REPORT.AZ/ Bu gündən etibarən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayıb. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev deyib.

Ü.Mehdiyevin sözlərinə görə, bununla da Bakı şəhərində qeydiyyatda olan sakinlər yeni açılan mərkəzin xidmətlərindən yararlana biləcəklər: “Hazırda respublikada 9 “ASAN Xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, digərləri Sumqayıt, Gəncə, Sabirabad və Bərdədədir. Son iki il yarım ərzində “ASAN Xidmət” mərkəzlərinə 5 milyondan artıq müraciət daxil olub”.

Ü.Mehdiyev əlavə edib ki, “ASAN Xidmət” mərkəzlərinin əhatə olunmadığı regionlarda səyyar avtobuslar vasitəsilə xidmətlər göstərilir: “Ümumilikdə, 9 “ASAN Xidmət” mərkəzi 6,5 milyon vətəndaşı əhatə edir ki, artıq 5,7 milyon nəfərə xidmət göstərilib. Bu da o deməkdir ki, əhalinin 90 faizi mərkəzin xidmətlərindən yararlana bilib. Səyyar “ASAN Xidmət” vasitəsilə də 200 min vətəndaşa xidmət göstərilib”.

Bu gündən vətəndaşlara xidmət göstərən 5 saylı “ASAN Xidmət” mərkəzində yeni innovativ layihələrin həyata keçirildiyini deyən sədr müavini qeyd edib ki, yeni mərkəzdə vətəndaşlar və burada çalışanlar üçün hər cür iş şəraiti yaradılıb.

Son xəbərlər

Orphus sistemi