Bakı. 15 fevral. REPORT.AZ/ "ASAN və
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsi ilə qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.
O bildirib ki, memorandumun imzalanmasının məqsədi xaricdə yaşayan azərbaycanlıların işini asanlaşdırmaqdan ibarətdir. "Komitə ilə birlikdə xaricdə yaşayan azərbaycanlılar üçün səyyar xidmət göstəriləcək. Bununla yanaşı, soydaşlarımız elektron xidmətlərdən də faydalana biləcəklər".
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri