Arzu Rəhimov Lerikdə vətəndaşları qəbul edəcək

Arzu Rəhimov Lerikdə vətəndaşları qəbul edəcək Qəbul iyunun 18-də saat 10:00-da Xidmətin Lerik rayon şöbəsinin inzibati binasında keçiriləcək
Sosial müdafiə
8 İyun , 2015 20:58
Arzu Rəhimov Lerikdə vətəndaşları qəbul edəcək

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov iyunun 18-də saat 10:00-da Xidmətin Lerik rayon şöbəsinin inzibati binasında (Lerik şəh. İ.Yaqubov küçəsi 4) Lənkəran, Astara və Lerik rayonlarının sakinlərini qəbul edəcək.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar iyunun 17-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Son xəbərlər

Orphus sistemi