Yuxarı

Arzu Rəhimov

 - 

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi



2012

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib. Azərbaycan. Xidmət etdiyi dövrdə 10-dan artıq dövlət mükafatı və medallarla təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib.

2010

2010-cu ilin 17 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 813 saylı Sərəncamına əsasən II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

2007

2007-ci ildən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışıb.

2006

2006-cı ildə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini – Sərhəd Qoşunları Baş Qərargahı rəisi vəzifəsinə təyin edilib.

2004

2004-cü ilədək Sərhəd Qoşunlarında müxtəlif vəzifələrə yüksələrək 2004-cü ildə Sərhəd Qoşunları Baş Qərargahı rəisinin 1-ci müavini vəzifəsində təyin olunub və «general-mayor» ali hərbi rütbəsinə layiq görülüb.

1992

1992-ci ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında baş zabit vəzifəsində xidmət edib.

1989

1989-cu ilə qədər Keçmiş SSRİ Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib..

1986

1986-cı ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbini bitirib.

1964

Arzu Yusif oğlu Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olub.