Arzu Rəhimov Hacıqabulda vətəndaş qəbulu keçirib

Arzu Rəhimov Hacıqabulda vətəndaş qəbulu keçirib Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb
Sosial müdafiə
17 Yanvar , 2019 13:14
Arzu Rəhimov Hacıqabulda vətəndaş qəbulu keçirib

Hacıqabul. 17 yanvar. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov yanvarın 17-də Hacıqabul şəhərindəki Heydər Əliyev Mərkəzində Şirvan, Kürdəmir, Saatlı, Sabirabad, Salyan, Hacıqabul, Neftçala şəhər və rayonlarından olanvətəndaşları qəbul edib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar əsasən, SHXÇDX-nə həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 25 vətəndaş iştirak edib.

Xidmət rəisi, general-leytenant Arzu Rəhimov hər bir müraciəti dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi