Aİ rəsmisi: "Məişət zorakılığı cəmiyyət üçün adiləşməməlidir"

Aİ rəsmisi: "Məişət zorakılığı cəmiyyət üçün adiləşməməlidir" "Məişət zorakılığı dünyanın hər yerində baş verir. Ancaq cəmiyyətdə bu, adiləşmiş formaya gətirilib çıxarılmamalıdır".
Sosial müdafiə
1066
19 Oktyabr , 2021 10:36
Aİ rəsmisi: Məişət zorakılığı cəmiyyət üçün adiləşməməlidir

"Məişət zorakılığı dünyanın hər yerində baş verir. Ancaq cəmiyyətdə bu, adiləşmiş formaya gətirilib çıxarılmamalıdır".

"Report" xəbər verir ki, bu fikirləri Avropa İttifaqının (Aİ) Tvinninq üzrə rezident məsləhətçisi Laurinas Totaraitis "Məişət zorakılığı media müstəvisində" mövzusunda keçirilən təlimdə deyib.

Onun sözlərinə görə, əsas problem zorakılığa məruz qalan şəxslərin cəmiyyətdə ittiham olunmasıdır: "Cəmiyyətdə bu cür qərəzli münasibət aradan qaldırılmalıdır. Həmçinin qurbanların adlarının çəkilməsi məsələsi aradan qaldırılmalıdır. Tövsiyəm odur ki, insanların taleyi barədə danışarkən ehtiyatlı davranmaq lazımdır. Gələcəkdə baş verən hadisələrin qarşısını alan zaman bu məsələlərə diqqət etmək vacibdir".

Son xəbərlər

Orphus sistemi