ADRA: İşə qəbul zamanı namizədlərin Azərbaycan dili biliyinə xüsusi diqqət yetirilir

ADRA: İşə qəbul zamanı namizədlərin Azərbaycan dili biliyinə xüsusi diqqət yetirilir Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Reklam Agentliyinə (ADRA) işə qəbul zamanı namizədlərlə müsahibədə onların Azərbaycan dilini mükəmməl bilmələrinə xüsusi diqqət yetirilir.
Sosial müdafiə
11 Yanvar , 2019 09:36
ADRA: İşə qəbul zamanı namizədlərin Azərbaycan dili biliyinə xüsusi diqqət yetirilir

Bakı. 11 yanvar. REPORT.AZ/ "Azərbaycan Dövlət Reklam Agentliyinə (ADRA) işə qəbul zamanı namizədlərlə müsahibədə onların Azərbaycan dilini mükəmməl bilmələrinə xüsusi diqqət yetirilir".

Bu barədə "Report"un sorğusuna cavab ADRA-dan olaraq bildirilib.

Qeyd edilib ki, Dövlət Reklam Agentliyi yaranandan sonra açıq məkanda reklam yerləşdirilməzdən əvvəl Agentlikdən rəsmi icazə alınmalıdır: "Agentliyin direktoru Aydın İbadov Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvüdür. Reklam yayımı üçün sahibkara icazə sənədləri verilərkən də, digər məqamlarla yanaşı Azərbaycan dilinin qorunmasına xüsusi baxılır. Sıralarında filoloqların da olduğu əməkdaşların rəyindən sonra reklamın yayımına icazə verilir".

"Ərazilərdə monitorinqlər təkcə ADRA müfəttişlərinin iştirakı ilə deyil, eyni zamanda açıq məkanda reklam daşıyıcılarını 360° təsbit edən texnologiyalar vasitəsilə aparılır. Qanunun tələblərinə cavab verməyən reklamların yayımının dayandırılması üçün zəruri tədbirlər görülür. Açıq məkanda reklam yerləşdirilməsinə icazə, yerləşdirilən reklama dair texniki şərtlər pasportu və reklam yerləşdirilməsinə dair icazə müqaviləsi olmadan yayımlanan reklamlar müəyyən edildikdə, əvvəlcə həmin reklam yayıcıları maarifləndirilir, sahibkarlara qanunvericiliyin tələbləri izah olunur, mövcud problemlərin aradan qaldırılması tövsiyə edilir. Buna əməl edilmədikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim olunur. Yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklam yayımının dayandırılması üçün zəruri tədbirlər görülür. Bu zaman qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər. İnzibati Xətalar Məcəlləsinə görə, fiziki şəxslər üçün 300 manatdan 500 manatadək, vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər üçün isə 5000 manatdan 10000 manatadək məbləğdə cərimə nəzərdə tutulur" - qurumdan bildirilib.

Son xəbərlər

Orphus sistemi