YUNESKO rəsmisi: "Azərbaycanın müasir dünyaya inteqrasiya üçün göstərdiyi səylər təqdirəlayiqdir"

YUNESKO rəsmisi: "Azərbaycanın müasir dünyaya inteqrasiya üçün göstərdiyi səylər təqdirəlayiqdir" "Bakı gözəl və təmiz şəhərdir"
Xarici siyasət
22 İyun , 2018 16:10
YUNESKO rəsmisi: Azərbaycanın müasir dünyaya inteqrasiya üçün göstərdiyi səylər təqdirəlayiqdir
YUNESKO yanında Daimi nümayəndəsinin müavini Şafika Haddad / Report

Paris. 22 iyun. REPORT.AZ/ "Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri həyata keçirməsi və ölkənin inkişafı naminə göstərdiyi səylər yüksək qiymətləndirilməlidir". 

Bunu "Report"un Qərbi Avropa bürosuna Qrenadanın YUNESKO yanında daimi nümayəndəsinin müavini, qurumun “Hamı üçün informasiya” Proqramının (İFAP) sabiq prezidenti Şafika Haddad bildirib.

Onun sözlərinə görə, Azərbaycan informasiyadan xeyli insanın faydalana biləcəyi cəmiyyətin qurulması istiqamətində geniş planlara və məqsədlərə malikdir: "Mən 4 il ərzində YUNESKO-nun “Hamı üçün informasiya” Proqramının (İFAP) prezidenti olmuşam. Azərbaycanın bu sahədəki təcrübəsini digər üzv ölkələrlə bölüşmək məqsədilə irəli sürdüyü təşəbbüsünü alqışlayıram. Bu dövlətlərarası proqram yeni texnologiyalara dair informasiyalarla məşğul olur və üzv ölkələrdə biliyə söykənən bir cəmiyyətin qurulmasına çalışır. Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti tərəfindən İFAP proqramının prioritet sahələrinə uyğun olaraq ölkənizdə informasiya cəmiyyətinin qurulması sahəsində əldə olunmuş nailiyyətlər, uğurlu təcrübələr və mövcud vəziyyətin inkişafı ilə bağlı aparılan işlər ətrafında təqdimat çox uğurla keçdi və yüksək maraqla qarşılandı. Xüsusilə təqdim olunan təcrübələr arasında inkişaf üçün informasiya, informasiyaya çıxış, informasiyanın qorunub saxlanılması mövzuları maraqla dinlənildi. Bundan əlavə, Azərbaycan özünün internetdə multidillik (lingvizm) mövzusuna da toxunaraq dillərdən necə istifadə edilməsi, multidilliyi necə inkişaf etdirmək barədə öz təcrübəsi ilə bölüşdü".

Ş.Haddad Azərbaycana iki dəfə səfər etdiyini də vurğulayıb: "Hər iki səfərim zamanı Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri həyata keçirmək və ölkənin inkişafı naminə göstərdiyi yüksək səylərinə heyran olmuşam. Bakı gözəl və təmiz şəhərdir. Azərbaycanın müasir dünyaya inteqrasiya üçün göstərdiyi səylər təqdirəlayiqdir". 

Son xəbərlər

Orphus sistemi