Yuxarı

Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının illik iclası başlayıb

Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının illik iclası başlayıb
İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da daxil olmaqla, 40-dan çox XİN başçısı iştirak edir

Bakı. 7 dekabr. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyanada ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 24-cü illik iclası başlayıb.

"Report" xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da daxil olmaqla, 40-dan çox dövlətin XİN başçısı iştirak edir.

Tədbiri ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts açıb.

Görüş zamanı nazirlər ATƏT məkanında mövcud münaqişələrin həlli, ATƏT-in böhranları idarə etmək imkanlarının gücləndirilməsi, müasir çağırışlara cavab məsələlərini müzakirə edəcəklər.

Görüşdə həmçinin 2018-ci ildə ATƏT-in sədri olacaq İtaliyanın prioritetləri səsləndiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi