Yuxarı

VII Bakı Qlobal Forumunun tarixi açıqlanıb

Bakı. 17 yanvar. REPORT.AZ/ VII Bakı Qlobal Forumunun tarixi açıqlanıb.

"Report" xəbər verir ki, "Yeni Xarici Siyasət" ("A New Foreign Policy") şüarı altında keçiriləcək forum 2019-cu il martın 14-16-da keçiriləcək.

Xatırladaq ki, hər il Bakı Qlobal Forumunda dünyanın bir çox ölkələrindən yüzlərlə nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər və elm adamları iştirak edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi