Yuxarı

Vasif Talıbov Acarıstana səfərə gedib

Vasif Talıbov Acarıstana səfərə gedib
Onun səfər çərçivəsində Acarıstan Muxtar Respublikası Ali Məclisinin sədri və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub

Tbilisi. 5 may. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mayın 5-də Acarıstan Muxtar Respublikasına səfərə gəlib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Batumi hava limanında qonağı Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Lasa Komaxidze, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Batumidəki baş konsulu Rəşad İsmayılov və digər rəsmi şəxslər qarşılayıblar.

Vasif Talıbov səfər çərçivəsində Acarıstan Muxtar Respublikası Ali Məclisinin sədri və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Görüşlərdə Azərbaycan ilə Gürcüstan, eləcə də Naxçıvan və Acarıstan muxtar respublikaları arasında iqtisadi, siyasi, mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi