Vasif Talıbov Acarıstana səfərə gedib

Vasif Talıbov Acarıstana səfərə gedib Onun səfər çərçivəsində Acarıstan Muxtar Respublikası Ali Məclisinin sədri və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub
Xarici siyasət
5 May , 2017 14:29
Vasif Talıbov Acarıstana səfərə gedib

Tbilisi. 5 may. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mayın 5-də Acarıstan Muxtar Respublikasına səfərə gəlib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Batumi hava limanında qonağı Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Lasa Komaxidze, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Batumidəki baş konsulu Rəşad İsmayılov və digər rəsmi şəxslər qarşılayıblar.

Vasif Talıbov səfər çərçivəsində Acarıstan Muxtar Respublikası Ali Məclisinin sədri və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Görüşlərdə Azərbaycan ilə Gürcüstan, eləcə də Naxçıvan və Acarıstan muxtar respublikaları arasında iqtisadi, siyasi, mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi