Yuxarı

Türkiyə XİN başçısı Azərbaycana işgüzar səfərə gəlir

Türkiyə XİN başçısı Azərbaycana işgüzar səfərə gəlir
Mevlüt Çavuşoğlu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək

Bakı. 2 dekabr. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Azərbaycana işgüzar səfərdə olacaq.

Azərbaycan Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Mövlut Çavuşoğlu xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.

Bundan başqa, M.Çavuşoğlu Azərbaycanın digər rəsmiləri ilə də danışıqlar aparacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi