Tomas Qreminger: "ATƏT Azərbaycanla əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək niyyətindədir"

Tomas Qreminger: "ATƏT Azərbaycanla əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək niyyətindədir" Bakı. 12 sentyabr. REPORT.AZ/ ATƏT Azərbaycanla əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək niyyətindədir.
Xarici siyasət
12 Sentyabr , 2018 17:15
Tomas Qreminger: ATƏT Azərbaycanla əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək niyyətindədir
Report/ Firi Salim

Bakı. 12 sentyabr. REPORT.AZ/ ATƏT Azərbaycanla əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək niyyətindədir.

“Report”un xəbərinə görə, bu barədə jurnalistlərə Bakıda səfərdə olan ATƏT-in baş katibi Tomas Qreminger məlumat verib.

“Azərbaycan ATƏT-ə üzv dövlətlər arasında güclü ölkələrdən biridir və bir çox layihələrimizdə yaxından iştirak edir. Odur ki, biz də Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək və daha da genişləndirmək niyyətindəyik", - T.Qreminger deyib.

Baş katib Azərbaycanda keçirdiyi görüşlərdə Xəzər dənizinin ekoloji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, terrorçuluğa və ekstremizmə qarşı mübarizə kimi məsələlərin müzakirə olunduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi